SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda 17 yaşlı gənc öldürülüb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, qətl rayonun Havarlı kəndində törədilib.

Kənd sakini - 2002-ci il təvəllüdlü Rasim Abid oğlu Nəzərov qonşusu - bir həftə öncə hərbi xidmətdən gələn Bəkirov Yasin Göyüş oğlu ilə mübahisə edib.

Bu zaman Yasin Bəkirov Rasimin ürək nahiyəsinə bıçaqla zərbə endirib. Xəstəxanaya çatdırılan 17 yaşlı Rasim Nəzərovun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən yaralı orada həyatını itirib.

Yasin Bəkirov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
BAKU.WS
VİDEO