VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının 800 min manata yaxın pulunu mənimsəyən Azərbaycan vətəndaşı ələ keçirilib.

BAKU.WS Rusiya mətbuatına istinadla xəbər verir ki, oğurluqda ittiham edilən şəxs Çelyabinsk vilayətində saxlanılıb. 

43 yaşlı Azərbaycan vətəndaşı 2008-ci il ərzində Azərbaycan Mərkəzi Bankında mütəxəssis işləyib. Bir qrup şəxslə əlbir olan mütəxəssis saxta kreditlər hesabına 800 min AZN vəsaiti mənimsəyib.

Saxlanılan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı qərar qəbul edilib.

Azərbaycan Respublikasında bu cinayətin törədilməsinə görə 12 il müddətinə qədər azadlıqdan məhrum edilmə cəzası təyin edilə bilər.
BAKU.WS