VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Quba yolunda ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

BAKU.WS
xəbər verir ki, Bakı-Quba yolunun 52-ci kilometrliyində “VAZ-2107” markalı, 10 FH 377 dövlət nömrə nişanlı avtomobil yük maşınına çırpılıb.

Daha sonra arxadan gələn digər yük maşını da idarəetməni itirib və həmin yük maşınına çırpılıb.

Qəza yerindən çəkilən video görüntünü BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Həmin görüntüləri təqdim edirik.

***11:52

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb.

İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb.

Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

Qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO

QALEREYA