VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Məmmədov Mehdixan Elşən oğlu avqustun 11-dən itkin düşüb. 2004-cü il təvəllüdlü yaşadığı evdən səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb. O gündən sonra bir çox tanışları onu şəhərin müxtəlif ərazilərində görüblər və evə qayıtmağa razı sala bilməyiblər.

BAKU.WS
xəbər verir ki, yeniyetmənin anası Aygün Qarayeva Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək oğlunun tapılıb evə qaytarılması üçün bütün Azərbaycan xalqına yalvarıb: 

"Evdə heç bir söz-söhbət olmayıb, onu evdən qovmamışıq. O heç vaxt mənsiz qala bilməzdi. Hara getsəydi, evə qayıdardı. Bu ayın 11-də avtobusa minəndən sonra yoxa çıxıb. Başına nə gəlibsə, onda gəlib. Hara getsəydi, zəng vurub xəbər verərdi. Ayın 11-də onu avtobusa minəndə görüblər. Ondan sonra nə özü zəng etdi, nə də zənglərə cavab verdi. Bütün Azərbaycan xalqından xahiş edirəm, mənim balamı tapın. Oğlum, səni gözləyirəm. Qorxma, heç nə olmayacaq. Balam, kimdən qorxursansa, de".

Onun bu sözlərindən Mehdixanın itkin düşməsində gizli məqamların olduğu üzə çıxır. Aparıcı anaya belə sual verir:

"Kimdən qorxurdu? Bəlkə sizin demədiyiniz bir şeylər var? Siz bizə deyin ki, harada axtardığımızı bilək".
   
Ana belə cavab verir: "Efirdə demək istəmirəm, millət baxır, reklam arası deyəcəm".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO