SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda Türkiyə vətəndaşı 2 yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində bərbər işləyən Türkiyə vətəndaşı H.Derici salonda müştərisi 2006-cı il təvəllüdlü R.R və onun dostu, 2007-ci il təvəllüdlü O.M-ya qarşı seksual xarakterli hərəkətlər edib.

Yeniyetmələr hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı H.Derici saxlanılıb.

Araşdırma aparılır.
BAKU.WS