VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.

1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi 90 RT 164 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

Qəzaya uğrayan "Toyota" Küveyt dövlətinin Azərbayncandakı səfirliyinə məxsus xidməti avtomobildir.
BAKU.WS