VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda vətəndaşın yıxılması nəticəsində bədbəxt hadisə olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yuxarı Öysüzlü kənd sakini, 1981-ci il təvəllüdlü Mehman İsayev evindən kənarda olan bağında qoz yığan zaman ağacdan yıxılıb.

Ağır xəsarət alan 38 yaşlı kişi Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS