SİZİN REKLAM BURADA!
055 213 76 73


Nizami rayonu ərazində avtomobil yanıb. 

BAKU.WS-in məlumatına görə, hadisə Laçın Ticarət Mərkəzinin arxasında, Bəhruz Nuriyev küçəsində qeydə alınıb. 

Hadisə şahidlərinin sözlərinə görə, BMW markalı avtomobil işlək vəziyyətdə olarkən qəfil alışıb. 

Əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Qısa zamanda maşını söndürmək mümkün olub. 

Nəqliyyat vasitəsinə quraşdırılan qaz sistemi avtomobilin yanmasına əsas səbəb kimi göstərilir.
BAKU.WS
VİDEO