SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəsimi rayonunda iki minik avtomobili toqquşub.
 
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov və Süleyman Rüstəm küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “BYD” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Rəşid Behbudov küçəsində hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsi “BYD”-yə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.
BAKU.WS
VİDEO