VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux rayonunda qaz balonu partlayıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

İlkin məlumatlara görə hadisə nəticəsində 58 yaşlı Şahbaz İlyas oğlu Abbasov və qardaşının yoldaşı Abbasova Gülyaz Musa qızı ağır xəsarət alıblar.

Qadının vəziyyəti daha ağır qiymətləndirilir.Yaralılar ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərinə gətirilib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Samux Regional İdarəsinin həmçinin rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumatlata görə hadisə Ş.Abbasovub qaz balonunda təmir apararkən baş verib.
BAKU.WS