SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Ziya Bünyadov və Mustafa Kamal Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edib.

BAKU.WS
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, dəyişikliklik nəticəsində artıq Z.Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər.


Yolayrıcında hərəkət svetoforlarla nizamlanır. Dəyişiklik bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edəcəyi, piyada təhlükəsizliyi təmin edəcəyi, sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə kömək göstərəcəyi həmçinin, nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradacağı gözlənilir.
BAKU.WS
QALEREYA