SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər gün yol qəzaları və qayda pozuntuları barədə müxtəlif informasiyalar yayılır.

Bir çox hallarda qayda pozan sürücülərlə yol polisləri arasında anlaşılmazlıqlar və mübahisələr yaranır.

Lakin çox az hallarda qayda pozan sürücü əməlini etiraf edir. Və çox nadir hallarda yol polisi qayda pozduğunu etiraf edən sürücüyə jest edir.

BAKU.WS
xəbər verir ki, belə hadisələrdən biri də Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov heykəli dairəsinə yaxınlığında Saleh Nəsirov adlı vətəndaş yol qaydasını pozub. Bu zaman sürücünü saxlayan yol polisi təəccüblənib. Çünki polis ağzını açmamış sürücü sənədlərii təqdim edib və qayda pozduğunu etiraf edib.


Yol polisi də, belə nümunəvi sürücüyə jest edib və ona cərimə yazmayıb. Sürücü Saleh Nəsirov hadisəni belə xatırlayır:

“Nərimanov heykəli dairəsinə yaxınlığında “Opel Zafira” markalı, 10 PL 415 dövlət nömrə nişanlı maşınla hərəkətdə olarkən saxlamaq və soldan gələn maşınları buraxmaq əvəzinə, tələsdiyim üçün və sürücülük təcrübəmə arxayın olaraq, qəza şəraiti yaratmayaraq qaza basıb keçdim.

Dairədə duran DYP əməkdaşı dərhal maşınımı saxladı. Yaxınlaşdı və özünü təqdim etməmiş sürücülük vəsiqəmi və maşının sənədlərimi ona sarı uzadaraq, qayda pozduğumu etiraf etdim. Yol polisi bir anlıq duruxdu və bu hərəkətimə çox təəcübləndi.

Vəsiqəmi yoxlayandan sonra polis dedi: “Cərimən, balın yoxdur niyə qaydaları pozursan ay Saleh Nəsirov?”.

Dedim, adətən qaydalarla sürürəm, sadəcə bu səfər tələsdirdim. Lakin qaydanı pozmuşam, etiraf edirəm, etirazım yoxdur və qanunla nə tələb olunursa edin, qol çəkim gedim.

“Qanunla sizi xəbərdar edirəm və yaxşı yol arzulayıram! Yolda muğayət olun!”, - deyə yol polisi bildirib”, - deyə Saleh Nəsirov bildirib.

Qeyd edək ki, Saleh Nəsirov bolgerdir. O, sosial şəbəkələrdə sosial problemləri işıqlandırır.
BAKU.WS