SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.

BAKU.WS APA-a istinadla xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş verib.

Belə ki, mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır.
BAKU.WS