SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, Ayna Sultanov yaxınlığında yanğın qeydə alınıb.

Hadisə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğını söndürüblər.

Məişət tullantılar atılan ərazidə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
BAKU.WS
VİDEO