SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəydə sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobillə inəyi vurub.

BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Xar-Xar kəndində qeydə alınıb.

İlkin məlumatlara görə qəza nəticəsində avtomobildə olan sərnişin 61 yaşlı Afət Əsgərova ağır xəsarət alıb. Yaralı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdilirib, qadının bədənində sınıqların olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS