SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda piyadaya yol verən avtomobil qəza törədib.

BAKU.WS 
APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev  küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda dayanan 12 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya bildirib ki, qəza nəticəsində marşrut avtobusunun sərnişinlərindən xəsarət alan olmayıb: “Taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək istəyərkən idarəetməni  itirərək  nəqliyyat vasitəsini sərnişin avtobusuna vurub. Sərnişinlərdən xəsarət alan yoxdur”.

Faktla bağlı  araşdırma aparılır.
BAKU.WS
QALEREYA