SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda zəncirvarı qəza baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

"Opel Zafira" markalı avtomobil qarşısında hərəkətdə olan "VAZ-21015" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "VAZ-21015" markalı avtomobil "Mercedes"ə çırpılıb. Yoldan çıxan "Mercedes" ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO