SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhiyyə Nazirliyi Bakıda əcnəbi vətəndaşı meymun dişləməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, dünən saat 21:11-də 58 yaşlı Böyük Britaniya vətəndaşı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.

Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Əcnəbi vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı onu meymunun dişlədiyini bildirib.
BAKU.WS