SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ata itkin düşən övladının tapılması üçün polisə müraciət edib.

BAKU.WS
xəbər verir ki, Sabunçu qəsəbəsi, Kalini küçəsi ev 15, mənzil 6-da yaşayan, 1961-ci il təvəllüdlü Şahin Əlixan oğlu Tağıyev polisə müraciət edib.

Kişi bildirib ki, həmin ünvanda onunla birlikdə yaşayan oğlu, 1990-cı il təvəllüdlü Ruslan Şahin oğlu Tağıyev itkin düşüb.

Belə ki, Ruslan Tağıyev özünə məxsus “Volkswagen Passat” markalı, 50 DD 018 dövlət nömrə nişanlı avtomobillə bərbərxanaya gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.
BAKU.WS