SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtobusda yıxılan qadın xəsarət alıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu Füzuli küçəsində baş verib.

"Nissan Xtrail" markalı minik avtomobili qəfil şəkildə 79 saylı marşrut avtobusunun qarşısına çıxaraq əyləci basıb. Avtobusun sürücüsü qəzadan yayınmaq üçün saatda 14 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitəsini qəfildən saxlayıb. Bu zaman salonda olan sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb.

Ona tibbi yardım göstərilib və evə buraxılıb.

BAKU.WS