SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Rusiya Federasiyasının vətəndaşı Mehman Quliyev respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

BAKU.WS
xəbər verir ki, o, müraciətində 41500 dollar vəsaitinin alındığını bildirib.

Mehman Quliyev vurğulayıb ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov onu aldadıb və pulunu mənimsəyib.

O, şikayətində pulunu istədiyinə görə 10-cu Polis Bölməsinin rəisi tərəfindən təhdid olunduğunu da qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, pulunun mənimsənilməsi və Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin rəisi tərəfindən təhdid olunması barədə Rusiya Federasiyasının vətəndaşı Mehman Quliyevin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.

“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”. – deyə Orxan Mansurzadə bildirib.
BAKU.WS