SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu videonu “avtosfer.az”a sürücülərdən biri göndərib.

BAKU.WS
xəbər verir ki, videoda kobud qayda pozuntusuna yol verən 90 PC 225 dövlət nömrə nişanlı avtomobilin gənc sürücüsünün ağır qəza törətməsi əksini tapır.

Yerə-göyə sığmayan bu sürücü sağdan ötmə əməliyyatı edir.

Özü də videoya diqqət etsək və yol kənarında dayanmış qara avtomobili də nəzərə alsaq o, artıq bu hərəkəti bir dəfə edib.

İkinci dəfə isə solda avtomobilin yaxın məsafədə olduğunu nəzərə almadan avtoxuliqanlıq edərək avtobusun arxasından qəfil sola çıxır.

Bu zaman sağ tərəfi avtobusa dəyən avtomobilin sükanını yığışdıra bilməyən sürücü soldakı qırmızı maşınla da toqquşur.

Avtomobildən düşəndən sonra yazıq sifət almasına baxanda bir fikir, yolda etdiyi bu hərəkətə baxanda isə başqa bir fikirdə olursan.

Beləsinə nə olursa özünün qalın qafalı düşüncəsindən olur.
BAKU.WS
VİDEO