SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonunun Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında həmin ünvana baxış keçirilib.

Departamentdən BAKU.WS-ə bildiriblər ki, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyənləşib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.


BAKU.WS