SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəyə müalicəyə gedən xalq artisti Naibə Allahverdiyevanın vəziyyəti pisləşib.

BAKU.WS 
xəbər verir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişində aktrisa ilə telefon əlaqəsi yaradılıb.

Xalq artisti ona İstanbulda həkimlərin təyin etdiyi dərmanları içdikdən sonra halının daha da ağırlaşdığını bildirib:

"Səhərə qədər yatmamışam, bütün bədənim yanır. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. Yerimdən heç qalxa bilmirəm. Azərbaycana qayıtmaq üçün biletləri almışdıq, uça bilmədik, batdı. Təzyiqim tez-tez qalxdığı üçün təyyarəyə minə bilmirəm".

Aktrisa göz yaşları ilə kömək istəyib:

"Burada hər şey pulludur. Pulum bitib, yenidə xəstəxanaya da gedə bilmirəm. Xahiş edirəm, kimsə mənim burada müalicəmə və ya Bakıya geri qayıtmağıma kömək etsin".  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO