SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Avtotexniki ekspertiza təyin edilib.
BAKU.WS
VİDEO

QALEREYA