SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyada həbs edilib.

BAKU.WS
“avtosfer.az”a istinadən xəbər verir ki, yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan 1991-ci il təvəllüdlü Orxan Məmmədli qadağan olunmuş yerdən yolu keçərək, həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Yol polisi ilə mübahisə edərək, əl-qol hərəkətləri edən Orxan Məmmədli qarşı tərəfə keçən zaman digər YPX əməkdaşı tərəfindən saxlanılıb.

Burada da tabesizlik göstərən vətəndaş polislə mübahisə edib.

Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətində inzibati qaydada həbs edilib.

Videonu təqdim edirik:
BAKU.WS
VİDEO