VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.

Belə ki, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb.

Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənləşdirilib.

Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.

"Atəşgah" sığorta şirkətindən baş verən qəza ilə bağlı açıqlama verilib.

Açıqlamada deyilir: "Bu gün “Atəşgah” Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı bildirir ki, şirkətin 2 nəfər əməkdaşının olduğu “Hyundai-İX35” markalı xidməti avtomobil “Mercedes” markalı avtomobil ilə toqquşub.

Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Nəticədə avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar".
BAKU.WS
VİDEO