SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayonunda iki avtomobil toqquşub.

BAKU.WS
APA-ya istinadla xəbər verir ki, Biləcəri qəsəbəsində 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu tanışının “VAZ 2107” markalı avtomobilini qaçırıb.

O, yüksək sürətlə Binəqədi şossesində hərəkətdə olan zaman 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Avtomobillər deformasiyaya uğrayıb. Zərbənin gücündən benzin çəni deşilib və benzin yola dağılıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
BAKU.WS
VİDEO

QALEREYA