VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən görüntülər yayılıb. 

BAKU.WS Oxu.Az-a istinadəın xəbər verir ki, “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlanıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.
BAKU.WS
VİDEO