SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb.
BAKU.WS
QALEREYA