SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.

E.Hacıyevin sözlərinə görə, artıq həmin sürücü müəyyən olunub.

Hadisə ilə bağlı araşdırmanın nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, həmin sürücü artıq saxlanılıb. Onun görüntüsü sosial şəbəkələrdə yayılıb.


Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.
BAKU.WS