SİZİN REKLAM BURADA!
055 213 76 73


Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürən maşınının çayda batması hadisəsi baş verməyib.
BAKU.WS
VİDEO