SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisədə 53 yaşlı Ulduz Bağırova və onun 5 yaşlı qızı xəsarət alıb.

Yaralılar ilk öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəndəki xəstəxanalardan birinə gətirilib.

İlkin məlumatlara görə yaralılar "VAZ 2106" və "VAZ 2109" markalı avtomobillərin toqquşmasından sonra xəsarət alıblar.Hələlik hadisənin dəqiq səbəbləri bilimmir, faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS