SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.

BAKU.WS
"oxu.az"a istinadən xəbər verir ki, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Habil Əsgər oğlu Abdulkərimov ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb.

O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib.

Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonu Köndələn kənd orta məktəbində müəllim kimi çalışıb.

Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS