VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbakır şəhərinin Kulp qəsəbəsi ilə Muş şəhəri arasında yerləşən Dokuzvıraj bölgəsində terror aktı törədilib.

BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, PKK terrorçuları yola döşədikləri partlayıcıları mülki şəxslərin olduğu mikroavtobus keçərkən işə salıblar. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda təcili yardım, polis göndərilib. Yaralılar Kulp Dövlət Xəstəxanasına aparılıb.

Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. 
BAKU.WS
VİDEO

QALEREYA