SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdam rayonunda 12 yaşlı qız faciəvi şəkildə vəfat edib.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, hadisə sentyabrın 10-da saat 19:30-da Ağdam rayonu, Eyvazlı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Kamil qızı Baxşəliyeva qoz ağacından asılan kəndir yelləncəkdə yellənərkən ip açılıb. Nəticədə kəndir uşağın boğazına dolanıb və o boğulub.

Gülnar Baxşəliyeva ağır vəziyyətdə Gəncə Müalicə-Diaqnostika Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS