SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda, Füzuli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 27 yaşlı Ağayev Bilal Pəhlivan oğlu yolu keçərkən onu maşın vurub və nəticədə o, iki maşının arasında sıxılıb qalıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ çiynin və belin əzilməsi diaqnozu qoyulub.
BAKU.WS