SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda 11 yaşlı qızı maşın vurub.

BAKU.WS xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib.

Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq getmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS