SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax avtomagistralının Şəmkir rayonundan keçən hissəsində baş verib. Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxıb və işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücünün yüngül bədən xəsarətləri aldığı deyilir. Hadisə zamanı avtomobil və işıq dirəyi tamami ilə yararsız hala düşüb.

Qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara əsasən avtomobil yüksək surətlə hərəkətdə olub. Yağmurlu havada manevir edərkən sürücü idarəetməni itirib.
BAKU.WS
QALEREYA