SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəstəkar-müğənni, şanson mahnıların ifaçısı Behbud Kərimov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə müğənni Sevda Əliqızı sosial şəbəkədə paylaşım edib. 

Müğənni Sevda Əliqızı mərhum ifaçı Behbud Kərimovun fotosunu paylaşaraq bunları yazıb: 

“Bu gün səhərə yaxın çox gözəl insan, bəstəkar, müğənni, həm də yaxın dostumuz Behbud Kərimov həyata gözlərini yumub. Heç inanmağım gəlmir. Allah sənə rəhmət eləsin, əziz dostum. Məkanın cənnət olsun. Yaxınlarına və ailəsinə səbr diləyirəm”.
BAKU.WS
VİDEO