SİZİN REKLAM BURADA!
055 213 76 73


Türk futbolçu Arda Turan və müğənni Berkay Şahin arasında baş verən insidentlə bağlı məhkəmə qərarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Arda Turan cinsi təcavüz iddialarına görə ittiham olunmasına baxmayaraq bu iddialara görə cəza almayıb.

Futbolçu sənədsiz silah gəzdirmək, qəsdən adam yaralamaq maddələrinə əsasən 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə bu cinayətlərə görə hökmün elanının təxirə salınmasına qərar verib.
BAKU.WS