VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş vermiş avtomobil qəzalarının yeni videosu yayılıb.

BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, videoda ilk qəza Rəsulzadə prospektində baş verir.

“Varovski kruqu” kimi tanınan ərazidə dairəyə girən “Lada Priora” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığı olduğu halda sağdan gələn nəqliyyat vasitəsini buraxmır. Bu zaman öz yolu ilə gələn avtomobil ona çırpılır.

İkinci video isə hər zaman qəzaların baş verdiyi nöqtədir. Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində iki avtomobil toqquşur. Koroğlu Rəhimov istiqamətindən gələn avtomobil əks tərəfdən gələn avtomobili buraxmır və Həsən Əliyev küçəsinə dönmək istəyir.

Bu zaman qəza baş verir. Hər iki halda sürücülər yol ayrıcının keşimə qaydasını pozur.

Videonu təqdim edirik:
BAKU.WS
VİDEO