SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xaçmazda qadın uşaqları ilə birlikdə evdən qovulub.

BAKU.WS
–in məlumatına görə, 3 uşaq anası olan Səlimova Günay (ad şərtidir) 2 uşağı ilə birlikdə evdən qovulub. Bir uşağı əlindən alınıb. Gedəcək yeri olmayan qadın körpə uşaqları ilə birlikdə parkda məskunlaşıb.

Qadın mütəmadi olaraq əri və ailəsi tərəfindən zorakılığa məruz qaldığını bildirib. Sonra evdən qovublar, bir uşağı da əlindən alınıb. Hazırda körpə 2 uşağı ilə birlikdə müvəqqəti sığınacağa yerləşdirilib.

Faktla bağlı polisə və hüquqi təşkilatlara müraciət edilib. Araşdırılma aparılır.

Ayşən AYxan
BAKU.WS