SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda sərnişin avtobusları və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb.

"Report"un məlumatına görə, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.


19:10

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.

Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. 

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.

Daha bir avtobus qəzasının isə metronun Memar Əcəmi stansiyası yaxınlığında baş verdiyi bildirilir. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, qəza zamanı xəsarət alanlar olub.

BAKU.WS
VİDEO