SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. 

Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.
BAKU.WS
VİDEO