SİZİN REKLAM BURADA!
055 213 76 73


Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1959-cu il təvəllüdlü Vəliyev Mirzə Yasin oğlunu yaşadığı evin qarşısında, yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS