SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda dörd gün əvvəl evdən çıxıb geri qayıtmayan 82 yaşlı kişi meşədə asılı vəziyyətdə tapılıb. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qax rayonu Ləkit kənd sakini, 1937-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevin meyiti yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında meşəlik ərazidə ağacdan asılı vəziyyətdə tapılıb. 

Qeyd edək ki, A. Ağamalıyev sentyabr ayının 1-i səhər saatlarında evdən fındıq yığmaq adı ilə evdən çıxıb və bir də geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS