VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı silah anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu ilin yanvar ayından bu günədək kənd ərazisində axtarışlar aparır.

Bu günədək 1000-dək müxtəlif adda silah-sursat, partlayıcı maddə, mərmi başlıqları və.s tapılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik artıq 9 aydır ki, Saloğlu kənd əraizisində təmizlik işləri gedir.

Bu kənddə hazırda təhlükəli vəziyyət davam edir.

Əhali silahların istifadəyə yararsız olduğunu zənn edib həyət-bacada müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn evlərin birində “Qrad” mərmiləri dayaq olaraq yerə basdırılıb.

Kənd ərazisində hər hansı bir xoşagəlməz halların yaşanmaması üçün ANAMA-nın əməkdaşları sakinlərlə vaxtaşırı söhbətlər edir, maarifləndirici lövhələr asırlar.

Qəsəbə ərazisində təhlükəsizlik tədbirləri və əhalinin gündəlik hərəkəti nəzərə alınaraq axtarışlar davam etdirilir.
BAKU.WS
QALEREYA