SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda azyaşlı qızın ərə verilməsi hadisəsi böyük rezonans doğurub.

BAKU.WS
“ria.ru”ya istinadən xəbər verir ki, İran məhkəməsi azyaşlı qızın özündən 13 yaş böyük kişiyə ərə verilməsi məsələsinə münasibət bildirib. Aparılan araşdırmalardan sonra cütlük məhkəməyə cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, ərə verilən qızın 11 yaşı olub. Onu alan kişinin isə 22 yaşı var.

Məhkəmənin qərarı ilə nikah etibarsız sayılıb.

Eyni zamanda uşağı alan kişi məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, bu hadisə barədə ilk dəfə iranlı jurnalist Masih Əlinejad “Twitter” hesabında yazıb.

Jurnalist azyaşlı qızın nikah mərasimindən çəkilən video paylaşıb. Masih Əlinejad bildirib ki, ərə gedən qızın yaşı 13-dən azdır və bu da İslam qanunlarına ziddir.

Jurnalist bildirib ki, şəriət qanunları ilə 13 yaşlı qızların evlənməsinə icazə verilir. Lakin onların özləri üçün paltar seçməyinə icazə verilmir.

Jurnalistin bu paylaşımı çoxsaylı etirazlara səbəb olub. Rekord sayda izlənilən video tənqid edilib. Çoxu bu hala və azyaşlı qızın halına yanıb. Bəziləri görüntüləri gözyaşları içərisində izlədiyini bildirib.
BAKU.WS
VİDEO