SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dörd nəfər yanğın zamanı tüstüdən zəhərlənib.

Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, xəsarət alanlara tibbi yardım göstərilib. Hadisə zamanı yanıq xəsarəti alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO